Nigerdə çevrilişlə hökuməti ələ keçirən hərbi xunta Fransa, Almaniya və Nigeriya səfirlərinin ölkəni tərk etmələri üçün 48 saat vaxt verdiyini açıqlayıb. Fransa tələbi qəbul etməyəcəklərini açıqlasa da, Almaniya və Nigeriyadan hərbi xuntanın tələbi ilə bağlı heç bir açıqlama verilməyib.
NOCOMMENT xəbər verir ki, Nigerdəki hərbi xunta dövlət çevrilişindən sonrakı mövqelərinə görə üç ölkənin səfirlərinə ölkəni tərk etmələri üçün 48 saat vaxt verildiyini açıqlayıb. Fransa, Almaniya və Nigeriya səfirlərinə 48 saat ərzində getməli olduqları bildirilib.
Niger Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fransa səfiri Slyvain Itte, Almaniya səfiri Oliver Schnakenberg və Nigeriya səfiri Mohamed Usmanın nazirliyə çağırıldığı, lakin onların zəngə cavab vermədikləri açıqlanıb.