Nigerdə məscidə hücum baş verib, 44 nəfər öldürülübbackend

Nigerdə məscidə hücum baş verib, 44 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigerin cənub-qərbində Kokorou bölgəsindəki Fonbita kəndindəki məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba məlumat verib.

Nazir Toumba, 44 nəfərin öldürüldüyü, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD terror təşkilatına bağlı qruplaşmalar tərəfindən həyata keçirildiyini qeyd edib.

Hökumət 72 saatlıq milli matəm elan edib.