Nigerin qərbində silahlı hücumlar nəticəsində 40-a yaxın mülki şəxs həlak olub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.
“Nigerin qərbində son günlər baş verən iki hücumda 39 nəfər həlak olub”, – nəşr yazıb.
Qeyd olunur ki, hücumlar ölkənin Burkina-Faso ilə sərhədi yaxınlığında, Libiri və Kokoru yaşayış məntəqələri yaxınlığında baş verib.