Nigeriya polisi baş verən atışmalarda 87 nəfərin öldüyünü açıqladıbackend

Nigeriya polisi baş verən atışmalarda 87 nəfərin öldüyünü açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriya polisi mayın 15-də Plato əyalətində baş verən silahlı hücumlarda 87 nəfərin öldüyünü bildirib.

NOCOMMENT.az xəbər verir ki, Plateau əyalətinin polis sözçüsü Alabo Alfred mayın 15-də Funqzai və Kubvat kəndlərinə edilən hücumlarda 87 nəfərin öldüyünü, 39 nəfərin yaralandığını bildirib.

Yaralıların əyalətin müxtəlif bölgələrindəki xəstəxanalarda müalicə edildiyini  qeyd edən Alfred, hücumla əlaqədar 7 nəfərin tutulduğunu bildirib.

Alfred həbs edilən şəxslərin lazımi istintaq tamamlandıqdan sonra məhkəməyə çıxarılacağını bildirib.

Qeyd edək ki, mayın 15-də gecə saatlarında Plato əyalətinin Funqzai və Kubvat kəndlərinə silahlı hücumlar həyata keçirilib.

NOCOMMENT.AZ