Nigeriyada 18 sərnişin xilas edilibbackend

Nigeriyada 18 sərnişin xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada silahlı şəxslər tərəfindən qaçırılan 18 sərnişin xilas edilib. Əməliyyat zamanı 3 nəfər saxlanılıb.

NOCOMMENT xəbər verir ki, Nigeriyanın Ondo əyalətində silahlı şəxslər tərəfindən qaçırılan 18 sərnişin xilas edilib. Ondo Polisinin sözçüsü Funmi Odunlami, əyalətdə sərnişin avtobusuna basqın edildikdən sonra bölgədə silahlı şəxslərə qarşı əməliyyatların keçirildiyini bildirib.

Əməliyyatlar zamanı silahlı şəxslər tərəfindən qaçırılan 18 sərnişinin xilas edildiyini bildirən Odunlami, bu şəxslərin ailələrinə qovuşduqlarını bildirib. Odunlami əməliyyatlar zamanı silahlı 3 nəfərin saxlanıldığı barədə məlumat paylaşıb. Silahlı şəxslər iyunun 7-də Ondo əyalətindən paytaxt Abucaya getmək üçün yola düşən sərnişin avtobusuna basqın edərək 18 nəfəri qaçırıblar.