Nigeriyada 2 mərtəbəli bina çökdü: Ölənlər və yaralılar varbackend

Nigeriyada 2 mərtəbəli bina çökdü: Ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın paytaxtı Abucada iki mərtəbəli bina çöküb.

NOCOMMENT.az xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) sözçüsü Nkeçi İsa bu barədə açıqlama yayıb.

Dağıntılar altında qalan 2 nəfərin cəsədlərinə çatıldığını qeyd edən İsa, 37 nəfərin yaralı olaraq dağıntılar altından çıxarıldığını bildirib.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirən İsa ölənlərin sayının artması ilə bağlı narahatlığını dilə gətirib.

Binanın çökməsinin səbəbinin araşdırıldığını qeyd edən İsa hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.

Dağıntılar altında neçə nəfərin qaldığı məlum deyil.