Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölübbackend

Nigeriyada baş verən yol qəzasında 8 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqindəki Bauçi ştatında yük avtomobilinin nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “The Punch” qəzeti yerli yol polisinin nümayəndəsinə istinadən məlumat yayıb.

Dass və Bauçi şəhərlərini birləşdirən magistral yolda yük maşını və minik avtomobili toqquşub, nəticədə 8 nəfər ölüb, bir nəfər isə yaralanıb. İlkin məlumatlara görə, qəzaya sürət həddinə əməl edilməməsi səbəb ola bilər.

Nigeriya hökuməti sürücüləri qarşıdan gələn Yeni il tətillərində daha diqqətli olmağa çağırıb.