Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilərbackend

Nigeriyada etirazlarda iştiraka görə 29 uşaq edam edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nigeriyada 29 uşaq ölkədəki yaşayış böhranının rekord həddə çatmasına qarşı etiraz aksiyasında iştirak etdikləri üçün ölüm cəzası ilə üzləşə bilər.
NOCOMMENT.az bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, 76 aksiya iştirakçısı dövlətə xəyanət, əmlakın məhv edilməsi, həmçinin ictimai asayişin pozulması da daxil olmaqla 10 ağır cinayət maddəsi ilə ittiham olunub.
Onların arasında 29 nəfər yetkinlik yaşına çatmayan şəxslərdir.
Xatırladaq ki, Nigeriyada avqust ayında hökumət əleyhinə etiraz aksiyalarında azı 21 nəfər həyatını itirmişdi.