Nigeriyada namaz zamanı məscid yandırılıb, azı 11 nəfər ölübbackend

Nigeriyada namaz zamanı məscid yandırılıb, azı 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimalında yerləşən Gezava rayonunda naməlum şəxs səhər namazı vaxtı “Laraba Abasava” məscidini yandırıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 11 nəfər ölüb, 20 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin bildirdiyinə görə, naməlum şəxs məscidi benzinlə yandırıb və çöldən bağlayıb.

İbadət evində 40-a yaxın insan olub.