Nigeriyanın Benue əyalətində silahlı hücum – 13 nəfər ölübbackend

Nigeriyanın Benue əyalətində silahlı hücum – 13 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada heyvandarlıqla məşğul olan Fulani ilə fermerlər arasında zaman-zaman qarşıdurmaların yaşandığı Benue əyalətində silahlı hücumlarda 13 nəfər həyatını itirib.

NOCOMMENT xəbər verir ki, Fulani üzvləri vilayətin Tse Lqar, Tse-Maqu və Tse-Dudu kəndlərində hücumlar həyata keçirib. Hücumlarda 13 nəfər həyatını itirib, çox sayda insan yaralanıb, çoxlu sayda ev yandırılıb.

Benue polisinin sözçüsü Catherine Anene təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və istintaq başladıldığını bildirib. Nigeriyanın şimalı heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli toqquşmalara səhnə olur. Köçəri Fulani iddia edir ki, fermerlər heyvanlarını oğurlamağa çalışıb və onlara hücum ediblər.