Nikaraqua prezidenti Zelenskini “Hitlerin oğlu” adlandırıbbackend

Nikaraqua prezidenti Zelenskini “Hitlerin oğlu” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikaraqua prezidenti Daniel Orteqa çıxışı zamanı Rusiya ilə döyüşmək istəyi ilə əlaqədar Ukrayna rəhbəri Volodimir Zelenskini “Hitlerin oğlu” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, yayım yerli “Canal 6” telekanalında həyata keçirilib.

“O, NATO-nu Rusiya ilə müharibəyə sürükləmək istəyən başqa bir nasistdir, başqa bir “Hitlerin oğludur”, -deyə o vurğulayıb.

Orteqa qeyd edib ki, Hitler də Sovet İttifaqına hücumda uğur qazanacağını düşünürdü, lakin SSRİ xalqının dözümlülüyünü lazımınca qiymətləndirmədi. Nikaraqua lideri sovet xalqını “qəhrəman və cəsur” adlandırıb.

“O, qəhrəmancasına müqavimət göstərdi, müdafiə etdi və nasistləri məğlub edənə qədər vuruşdu”, – deyə siyasətçi bildirib.

Sentyabrda Orteqa Rusiya Federasiyasının Ukraynada faşizm üzərində qələbəsinə inandığını bildirib.