Nikol bütün erməniləri həbs etməli olacaq – Sağatelyanbackend

Nikol bütün erməniləri həbs etməli olacaq – Sağatelyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol, sonda bütün erməni xalqını həbs etməli olacaqsan. Çünki sən və kuklalarından başqa hamı vətənini xilas etmək üçün düşünür və hərəkət edir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının üzvü İşxan Sağatelyan öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, Ermənistan baş naziri üzr istəmək əvəzinə, siyasi diktatura və repressiya yolunu seçdi: “Bu ssenari bizə çoxdan məlumdur, lakin bizi bununla qorxutmaq qeyri-mümkündür. Paşinyan öz mövqeyini qorumaq üçün teatrda yeni ssenari ortaya qoydu, Vətən Partiyasının lideri Artur Vanesyan, Respublika fraksiyasının lideri Vaqram Baqdasaryan, həmçinin “arsax azadlığı” uğrunda döyüşən Aşot Minasyan və Aşot Avaqyanı ittiham edib”.