Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsi verilib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.
Bundan başqa Ermənistanın 2-ci korpusunun komandiri polkovnik Araik Arutyunyan və 4-cü korpusun komandiri polkovnik Artak Budaqyana da general rütbələrinin veriləcəyi bildirilib.
Qeyd edək ki, Qasparyan Ermənistanın Qarabağdakı bütün əməliyyatlarını planlaşdıran şəxsdir.
Arutyunyan isə Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarıyla sərhəddəki 2-ci korpusuna nəzarət edir. Məhz onun komandanlığında korpusun bölmələri Azərbaycanın müxtəlif şəhərlərinə Ermənistanın Vardenis rayonundan raket zərbələri endirib, eləcə də Gəncə terrorunu törədib.
Budaqyan Ermənistanın Naxçıvanla sərhəddəki qoşunlarına rəhbərlik edir.