Nikol hər şeyə razıdır, təki bu olmasın – Moskvadan baxışbackend

Nikol hər şeyə razıdır, təki bu olmasın – Moskvadan baxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlin sonunda, xüsusilə də Rusiyada bütün görüşlər tam formal xarakter daşımır, çünki ilin nəticələri müzakirə olunur, bu isə kifayət qədər mühümdür. Beynəlxalq vəziyyət Rusiyaya belə bir anlıq da olsa, rahatlamağa imkan vermir.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə ekspert, “Avrasiya ideyalarının emalatxanası” elmi araşdırmalara dəstək Fondunun ekspert şurasının sədri Qriqori Trofimçuk deyib.

“Soçi-Brüssel-Sankt-Peterburq və s… Bütün sensasiyalar, dediyim kimi, masa arxasındakı rəsmi, yüksək səviyyəli söhbətlərdən kənarda yaranır. Bunu Əliyevlə Paşinyanın qeyri-formal görüşü haqqında da demək olar.

Nikol müharibədə məğlub olub, indi də “qalstuksuz” rejimdə rahatlaşıb. O zaman elə bir qənaətə gəlmək olar ki, Nikolun, eləcə də Ermənistanın vəziyyəti çox yaxşıdır. Yəni, istirahət edib, kokteyl içmək üçün səbəbləri var.

Moskva üçün isə Qarabağ müharibəsinin açıq fazada olmamağı vacibdir və kifayət edir.

Paşinyan da indi yeni taktikaya üz tutmağa qərar verib. Hamı ilə razıdır, Türkiyə ilə aviareyslər, sülh müqaviləsi… – hər şeyə hazırdır. Əsası da odur ki, onu yenə də müharibə aparmağa məcbur etmirlər”, – deyə müsahibimiz qeyd edib.