Nikol Paşinyanın Batumi macərası: Baş nazir yoxa çıxıbbackend

Nikol Paşinyanın Batumi macərası: Baş nazir yoxa çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün əvvəl Nikol Paşinyan Batumi şəhərində başa çatan Gürcüstana rəsmi səfər edib və orada qəflətən yoxa çıxıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Ermənistan nəşri qeyd edir: “Gürcüstanın Baş naziri ilə Batumidə qeyri-rəsmi görüş olub.

Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiya siyasi dairələri tərəfindən birmənalı qarşılanmayıb. Amma indi söhbət bu barədə deyil.

Məsələ ondadır ki, səfərin Batumi hissəsinin diqqətəlayiq detalları var.

Gürcü qaynaqlarımızın sözlərinə görə, həmin gün Paşinyan gözlənilmədən Batumidə təxminən 3-4 saat “yoxa çıxıb” və nə Gürcüstan tərəfi, nə də Baş nazirin protokol xidmətinin əməkdaşları onun harada olduğunu bilməyiblər.

Bu zaman onu kim müşayiət edib və ya ümumiyyətlə, müşayiət olunubmu, – bunu öyrənə bilmədik.

Həmin saatlarda Nikol Paşinyanın harada olduğu naməlumdur.

Bu, qəribə olmasa da, artıq heyrətamiz bir fenomendir”.