Nikol Paşinyanın kortejindəki avtomobil qəza törədibbackend

Nikol Paşinyanın kortejindəki avtomobil qəza törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yerevanın mərkəzində Ermənistanın baş naziri Nikol Paşinyanı müşayiət edən maşın karvanının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, şəhərin Vazgen Sarkisyan və Xorenatsi küçələrinin kəsişməsində Nikol Paşinyanın kortejinə məxsus olan avtomobilin iştirakı ilə qəza baş verib: Nissan yolsuzluq maşını kəsişmədə Mercedes avtomobilinə çırpılıb. Bundan sonra Mercedes kənarda dayanmış Tashir Pizza kafesinə məxsus mopedə dəyib.

Hər üç nəqliyyat vasitəsinin sürücüsü xəsarətsiz ötüşsə də, Mercedes-in sərnişini şok vəziyyət paytaxtın tibb mərkəzlərindən birinə çatdırılıb.

Hadisə yerində hərəkət bərpa olunsa da, hüquq-mühafizə orqanının əməkdaşları araşdırma aparırlar.