Nikol uşaqları döyüşə buraxmayan komandiri həbs etdirdibackend

Nikol uşaqları döyüşə buraxmayan komandiri həbs etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma Qarabağ rejimindəki hərbi hissələrdən birinin komandir müavinini həbs edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, N.M. adlı şəxsin döyüş mövqelərindən birində saxlanıldığı bildirilib. Onun guya Ermənistan hərbçiləri arasında şayiə yaydığı və Ermənistan rəhbərliyinin torpaqları qaytarmaq barədə Azərbaycanla razılaşması barədə informasiyalar paylaşdığı iddia edilib.

Əslində isə vəziyyət başqa cürdür. Belə ki, həbs edilən hərbçinin Rusiyanın “Novaya Qazeta” qəzetinin müxbiri İlya Azarın reportajında yer alan şəxs olması ehtimalı mövcuddur. Belə ki, Azarın reportajında Qarabağdakı erməni komandirlərdən birinin ordu rəhbərliyinin cəbhəyə silahdan istifadə qaydalarını bilməyən yeni çağırışçıları göndərməsini gördükdən sonra onları qəbul etməməsi və Xankəndiyə geri qaytarması haqqında məlumat yer alıb. Bundan sonra Feysbukdakı bəzi səhifələrdə komandirin təqib edildiyi bildirilib.

Qeyd edək ki, İlya Azar Qarabağ haqqında dolğun reportajına görə ermənilərin qınağına tuş gəlib. Onun akkreditasiyasını Ermənistan XİN ləğv edib. Üstəlik, Azarın reportajında yer alan Fransadan olan erməni könüllü Artur Ohannisyan da erməni ordusunun çarəsizliyi barədə verdiyi məlumatlara görə saxlanılıb.