Nikolun adamı Soros şəbəkəsini rus kəşfiyyatına satdı – Şokbackend

Nikolun adamı Soros şəbəkəsini rus kəşfiyyatına satdı – Şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan heç vaxt Paşinyanın etibar etdiyi şəxslərdən olmayıb, amma hər zaman görüntü yaratmağa çalışıb ki, ona yaxın olanlar sırasındadır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Ermənistanın səsi” qəzeti yayıb. Qəzet Simonyanın bir müddət öncə Moskvaya səfəri zamanı Rusiya xüsusi xidmət orqanlarına Baş nazir Nikol Paşinyan və Ermənistandakı Açıq Cəmiyyət Fondunun rəhbəri Larisa Minasyanın dayandığı sistemin bütün sxemini verdiyini yazıb.

Simonyan, həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinə bu sistemin maliyyələşmə mənbələrini, sifarişçilərin adını, Qarabağdakı rus sülhməramlılarına qarşı təbliğat hücumu aparanların siyahısını, ümumilikdə Sorosun bütün agentura şəbəkəsini təqdim edib. Məhz buna görə Simonyanın tezliklə istefaya məcbur ediləcəyi bildirilib:

“Təxminən eyni anda KİV-də Nikolun İsveçrə banklarındakı hesablarını itirdiyinə, eləcə də Kanadadakı iqamətgahının əlindən alındığına dair məlumat yayıldı. Görünür, Soros artıq ruslara onun agentura şəbəkəsini verdiyinə görə cavab tədbirləri görməyə başlayıb. Belə məlumat var ki, ruslar baş nazirin ailəsinin təhlükəsiz gəzməsi üçün ona 3 zirehli maşın veriblər. Belə ki, Sorosun agentləri Nikoldan uğursuzluğun qisasını ala bilərlər. Sorosun “beşinci kolon”u Simonyanın onları Narişkinə Paşinyanın icazəsi olmadan satdığına inanmır”.