Nikolun hiyləgər planı: KTMT sərhədə gəlsin…backend

Nikolun hiyləgər planı: KTMT sərhədə gəlsin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan sərhədində KTMT müşahidə məntəqələrinin yerləşdirilməsi ehtimalı azdır.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsində belə maddələr nəzərdə tutulmayıb: “Məsələn, NATO-nun Belarus, islamçı silahlı birləşmələrin Tacikistan sərhədlərinə təzyiqi şəraitində belə bu ölkələrin sərhədlərində Nikol Paşinyanın bəhs etdiyi müşahidə məntəqələrinin yaradılması KTMT üçün müzakirə mövzusu olmayıb. Və ən əsası, Rusiya ordusunun Azərbaycan və Ermənistan ordularının təmas xəttinə çıxması yalnız rəsmi Moskva, Bakı və İrəvan arasında üçtərəfli razılaşma çərçivəsində mümkündür”.

Perenciyev bildirib ki, Nikol Paşinyanın KTMT-nin müşahidə məntəqələri ilə bağlı bəyanatı rəsmi İrəvanın üçüncü qüvvələri münaqişəyə cəlb etmək üçün hiyləgər planıdır.