Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şokbackend

Nikolun qarşısına bu tapşırıq qoyulub – Arkovdan şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir il əvvəl Ermənistanı İkinci Qarabağ müharibəsində darmadağından, Paşinyanın özünü isə linçdən xilas edən Rusiya oldu. Məhz Rusiya – nə ABŞ, nə Fransa, nə də Avropa Birliyi. Qərbli “dostları”, əslində isə sahibləri onu parçalanmağa tərk edəndə Paşinyan Kremlin ayaqlarına qapanaraq yardım yalvarırdı.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı politoloq Vitali Arkov deyib.

“Məhz Kremlin razılığı ilə Paşinyan Ermənistan hökumətinin başında qala bildi. Paşinyan özünü yenidən “Qüdrətli Nikol” hiss edəndə fikirləşdi ki, o, Moskvanı tərk edə bilər, Rusiyanın vasitəçiliyi ilə Bakı ilə əldə olunan sülh razılaşmalarını yerinə yetirməyə, öz adi işğalına qayıdıb qərbli ağalarının tapşırıqlarını icra edə bilər”, – deyə Arkov bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Rusiya, Azərbaycan və Türkiyə təkcə regionda deyil, ümumilikdə Avrasiyanın bu hissəsində öz nüfuz və təsirlərini gücləndirib:

“Ötən ilin payızında isə həm ABŞ, həm də Avropa İttifaqı müxtəlif səbəblərdən Qarabağ münaqişəsi tərəflərinin real barışığında iştirakdan imtina etmiş, nəticədə əvvəlki mövqelərini itirmişdilər. İndiki tapşırıq Qərbi geri qaytarmaqdır. Bu, Vaşinqton, Paris və Brüssel tərəfindən bu gün müşahidə edilən bütün təşəbbüslərin əsas məqsədidir. Onlar İrəvanın taleyi üçün qətiyyən narahat deyillər. Nikol Paşinyan dövründə Ermənistan regionda gərginliyi saxlamaqla Qərbin Rusiya, Azərbaycan və Türkiyəyə təzyiq rıçaqı olaraq qalır”.

Arkov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında yeni üçtərəfli danışıqlar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı tamamlayan və genişləndirən sənədlərin imzalanmasını nəzərdə tutur: “Brüssel görüşü elan ediləndən sonra nəhayət bəlli olur ki, Nikol Paşinyan müxtəlif bəhanələrlə Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə görüşünü təkcə sənədlərlə bağlı fikir ayrılığına görə təxirə salmayıb, hətta onun qarşısına Moskvanın rolunu neytrallaşdırmaq üçün bu sammiti pozmaq, kollektiv Qərbin roluna önəm vermək vəzifəsi qoyulub”.