Nikolun yeni PLANI: Qarabağda erməni ordusu olmayacaqbackend

Nikolun yeni PLANI: Qarabağda erməni ordusu olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda daha erməni ordusu olmayacaq. Bunun yeganə təqsirkarı Nikol Paşinyandır.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan “Qarabağın müdafiə ordusu”nun ləğv olunması barədə razılığa gəliblər.

“Sabah yenidən təəccüblənməyəsiniz deyə söyləyirəm. Nikolla Vaqarşak Arutyunyan razılaşdılar, “Qarabağın müdafiə ordusu” yaxın vaxtlarda ləğv olunacaq”, – deyə Minasyan feysbuk hesabında yazıb.