Nil Barkat: HƏMAS ağ bayraq qaldırana qədər müharibə davam edəcəkbackend

Nil Barkat: HƏMAS ağ bayraq qaldırana qədər müharibə davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail radikal HƏMAS hərəkatı ağ bayraq qaldırana qədər ona qarşı müharibəsini davam etdirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu “Bloomberg”ə müsahibəsində İsrailin iqtisadiyyat naziri Nil Barkat deyib.

O vurğulayıb ki, HƏMAS təslim olmalı və oktyabrın 7-də oğurlanmış və hələ də Qəzza zolağında saxlanılan bütün israilli girovları geri qaytarmalıdır.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.