Nimayer: Pistoriusun sözləri Almaniya qanunlarına ziddir və düşmənçiliyi qızışdırırbackend

Nimayer: Pistoriusun sözləri Almaniya qanunlarına ziddir və düşmənçiliyi qızışdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya müdafiə naziri Boris Pistoriusun “rus əsgərlərini öldürməyə hazırıq” sözləri düşmənçilik hissi aşılayır və Almaniya qanunlarını pozur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti-yə açıqlamasında Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer bildirib.

“Bu cür açıqlamaları vaxtilə nasistlər verirdi. Pistorius isə Almaniya qanunlarını pozur. Bu, düşmənçiliyin qızışdırılmasıdır və hər hansı ölkəyə qarşı müharibəyə hazırlığı qadağan edən əsas qanunla ziddiyyət təşkil edir”, – deyə o vurğulayıb.

Nimayerin sözlərinə görə, müdafiə nazirinin bu cür ritorikası 1945-ci ildə Nürnberq məhkəməsində mühakimə olunmuş şəxslərin bəyanatlarını xatırladır.

“Alman əsgərlərinin rusları öldürməyə hazır olduğunu demək – bu, dəhşətlidir. Bu, Almaniya əhalisinin Rusiya ilə müharibəyə psixoloji hazırlanmasında atılan növbəti həddindən artıq addımdır”, – deyə ekspert əlavə edib.