Aİ-nin Rusiyaya qarşı sanksiyaları ağılsızlıqdır və “dövlət çevrilişinə” bənzəyir.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer deyib.
“Bu dəlilikdir, öz sənayemizə qarşı çevriliş kimidir. Bu izaholunmazdır. Biz hələ də Rusiyadan (neft. — RT) alırıq və onu Hindistan vasitəsilə alırıq”, – Nimayer RİA Novosti-yə müsahibəsində bildirib.
Onun fikrincə, Rusiyaya tətbiq edilən məhdudiyyətlər Almaniyanın həyatını çətinləşdirsə də, Moskvaya heç bir siyasi təsir göstərməyib.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi artıq bir çox malların istehsalını qurub və Qərb şirkətləri Rusiya bazarına qayıtmaq istəyir.
Onun sözlərinə görə, sanksiyalar “artıq heç kimə təsir etmir”.