Nişan mərasiminin keçirilməsinin qarşısı alındıbackend

Nişan mərasiminin keçirilməsinin qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naftalan şəhərində pandemiya qaydalarını pozaraq mərasim keçirənlər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT.az -a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər ərazisində nişan mərasiminin keçirilməi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.