Nişanlısı ilə Bakıya gəzməyə gəlmişdi: Beş nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – FOTObackend

Nişanlısı ilə Bakıya gəzməyə gəlmişdi: Beş nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi məqamları məlum olub.

NOCOMMENT apa-ya istinadən xəbər verir ki, “Mercedes-Benz” markalı minik avtomobilinin ölən sürücüsü Goranboy rayon sakini, 25 yaşlı Vüqar Abdullayev, onun sərnişinləri – Goranboy rayon sakini, 25 yaşlı Jalə Aslanova və Samux sakini, 29 yaşlı Aytəkin Allahyarova Yeni il bayramı münasibəti ilə Bakıya gəzməyə gəliblərmiş.

Jalə Aslanova Vüqar Abdullayevin nişanlısı, Aytəkin Allahyarova isə xalası qızı olub.

Xatırladaq ki, ağır yol-nəqliyyat hadisəsi yanvarın 1-də paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə “Mercedes-Benz” markalı avtomobilin dirəyə çırpıldıqdan sonra “Toyota Prius”un qarşısına çıxması nəticəsində baş verib.

Qəza nəticəsində “Mercedes”də olan üç nəfər hadisə yerində, “Toyota”da olan iki nəfər isə xəstəxanada vəfat edib. Ağır qəzada ölənlər: sürücülər – 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə, onların sərnişinləri – 1994-cü il təvəllüdlü Aytəkin Allahyarova, 1997-ci il təvəllüdlü Jalə Aslanova, 2001-ci il təvəllüdlü Könul Namazovadır.