Niyaz Niftiyev: Səhhətimdə problemlər varbackend

Niyaz Niftiyev: Səhhətimdə problemlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əziz dostlar, hər birinizə təşəkkür edirəm. Var olasınız, dostluqdan əskik olmayasınız. İnşallah, qarşılaşanda hər birinizə təşəkkürümü bir daha bildirəcəm”.

NOCOMMENT-in məlumatına görə, bu sözləri 16 aylıq həbsdən sonra azadlığa buraxılan Binəqədi Bələdiyyəsinin sədri, jurnalist Niyaz Niftiyev bildirib.

O, hazırda səhhətilə bağlı problemlər yarandığını, bu səbəbdən evdə olduğunu deyib: “Allahın izni ilə o da keçər”.

Qeyd edək ki, N.Niftiyev avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə həbsdən azad olunub.