Niyə şagirdlər kimi müəllimlər üçün də vahid forma tətbiq edilmir?backend

Niyə şagirdlər kimi müəllimlər üçün də vahid forma tətbiq edilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq neçə ildir ki, orta məktəb şagirdləri məktəbə vahid formada gedirlər. Lakin nədənsə hələ də məktəblərin bir neçəsini çıxmaq şərtilə, mütləq əksəriyyətində müəllimlər üçün anoloji prinsip tətbiq edilmir. Halbuki, xarici ölkə məktəblərində, o cümlədən qardaş Türkiyədə müəllimlər də məktəbdə vahid forma geyinir.

Görəsən, Azərbaycanda niyə şagirdlər kimi müəllimlər üçün də vahid forma tətbiq edilmir?

NOCOMMENT.az xəbər verir ki, valyuta.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirir ki, orta məktəb müəllimlərin də şagirdlər kimi vahid formada olmaları uşaqların diqqətinin yayınmaması baxımından faydalıdır:

“Bu məsələ zaman-zaman gündəmə gəlib. Məsələ media və sosial şəbəkələrin daim müzkirəsindədir. Əslində, şagirdlər məktəbli forması ilə dəsrə gəldikləri kimi, anoloji hal orada çalışan müəllimlərə də şamil edilməlidir. Hər dəfə də məsələyə münasibət fərqli olub. Bəzi məktəblər bununla bağlı öz qərarlarını da verib. Bakı şəhəri üzrə bir neçə məktəbdə müəllimlər üçün də ümumi forma tətbiq edilir. Məsələn, 96 saylı məktəbin Pedoqoji Şurasının qərarına əsasən orada çalışan müəllimlər də dərsə vahid formada çıxırlar. Məsələ ya Nazirlər Kabineti, ya da Elm və Təhsil Nazirliyi səviyyəsində müzakirəyə çıxarılmalıdır. Bu addım atılarsa, şagirdin diqqəti müəllimin geyiminə, onun aksesuarlarına deyil, tədrisi necə tədris etməsinə yönələr. Bu baxımdan müəllimlər üçün də vahid formanın tətbiqinin faydası olacaq. Bu sosial sifarişdir və şagirdlərin, onların valideynlərinin arzusudur”.