Nizami rayonunda sakinlər yolu “özəlləşdirdi” – İcra Hakimiyyəti hərəkətə keçdi – FOTOLARbackend

Nizami rayonunda sakinlər yolu “özəlləşdirdi” – İcra Hakimiyyəti hərəkətə keçdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu ərazisində – Tofiq Abbasov küçəsi 40 və Rizvan Teymurov küçəsi 126a ünvanlarında yerləşən yeni tikili binanın ərazisindən keçən və uzun müddətdir ictimai istifadə üçün açıq olan alternativ yol bağlanılmış və avtomobillərin keçidi məhdudlaşdırılmışdı. Belə ki, həmin binanın yaxınlığından keçən ümumi istifadə olunan alternativ yol üzərində özbaşına şlaqbaum quraşdırılmışdı.

Bu hal sürücülər və ərazidə yaşayan digər vətəndaşlar arasında narazılığa səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti saytımızla əlaqə saxlayaraq bildirib ki, artıq müdaxilə olunub və məsələ öz həllini tapıb. “Şlaqbaum sökülüb və yol yenidən vətəndaşların istifadəsinə verilib,” – deyə qurumdan qeyd edilib.

İcra Hakimiyyəti vətəndaşlara müraciət edərək bildirir ki, ümumi istifadə üçün nəzərdə tutulan yolların qanunsuz şəkildə bağlanması yolverilməzdir və bu cür hallara qarşı tədbirlər davam etdiriləcək.

Əraziyə aid yeni fotoları təqdim edirik: