Njdenin kultu yaradılır, Holokost və Qandi təhqir edilirbackend

Njdenin kultu yaradılır, Holokost və Qandi təhqir edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faşizmin qəhrəmanlaşdırılması heç bir şəkildə qəbul edilə bilməz. Ermənistanın BMT qətnaməsinə qoşulmasına baxmayaraq, ölkədə Qaregin Njdenin kultu mövcuddur, küçələr və məktəblər onun adını daşıyır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Bayramovun sözlərinə görə, bu problem Njdenin qəhrəmanlaşdırılması ilə məhdudlaşmır: “Ermənistanda beynəlxalq terrorçular qəhrəmanlaşdırılır, onlardan biri Monte Melkonyandır”.

Nazir İrəvandakı Holokost abidəsinin fevralda təhqir edildiyini və apreldə Mahatma Qandinin abidəsinin yandırıldığını xatırladıb: “Bütün bunlar bu problemin Ermənistan cəmiyyətində nə qədər dərin yer tutduğundan xəbər verir. Onlar bunun nə ilə nəticələnəcəyini düşünməlidirlər”.