KoronaVirus İnformasiya Portalı
Nobel Sülh mükafatının sahibi məlum oldubackend

Nobel Sülh mükafatının sahibi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Nobel Komitəsi 2020-ci il Nobel Sülh mükafatına BMT Dünya Ərzaq Proqramını layiq görüb.

NOCOMMENT komitəyə istinadən xəbər verir ki, 1961-ci ildə təsis olunaraq ildə 90 milyon insana ərzaq yardımı göstərən WFP aclığa qarşı mübarizədə göstərdiyi səylərə, münaqişəli bölgələrdə sülh üçün şərtlərin yaxşılaşdırılmasına verdiyi töhfələrə, aclıqdan müharibə və münaqişələrdə silah qismində istifadəsinin qarşısını almağa yönələn səylərdə başlıca qüvvə olaraq fəaliyyətinə görə bu nüfuzlu mükafata layiq görülüb.

Qeyd edək ki, əksər hallarda siyasi və ictimai xadimlərin təltif olunduğu sözügedən mükafata əvvəllər də təşkilatların layiq görüldüyü olub. Belə ki, 2001-ci ildə BMT, 2012-ci ildə Avropa İttifaqı Nobel Sülh mükafatına layiq görülmüşdü.

Ötən il isə Efiopiya Baş naziri Abiy Əhməd ölkəsi İlə Eritreya arasında uzun illər davam etmiş müharibəni dayandırmağa verdiyi mühüm töhfələrə Nobel Sülh mükafatı ilə təltif edilmişdi.