NOCOMMENT yazdı: Ağsunun Bico kəndi 4 ildən sonra adına qovuşdu – FOTObackend

NOCOMMENT yazdı: Ağsunun Bico kəndi 4 ildən sonra adına qovuşdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat ictimailəşdirdi, Ağsunun Bico kəndi 4 ildən sonra adına qovuşdu.

NOCOMMENT.az-a xəbər verir ki, 4 ilə yaxın idi ki, Bico kəndinin “Ala qapısı” deyilən giriş qapısının üzərinə kəndin adı yazılmamış olaraq qalırdı. 

NOCOMMENT.az sözügedən məsələni işıqlandırdıqdan sonra bu gün səhər giriş qapısı üzərində kəndin adının yazılmasına başlanıb.

Kəndin giriş qapısı 80-ci illərə təsadüf edir və Ağsu rayonunda barmaqla göstəriləcək giriş qapılarındandır.

Qeyd edək ki, üzərində bir vaxtlar kəndin təsərrüfatına uyğun – üzümçülük, taxılçılıq və s. rəsmlər çəkilmişdi. Son 4 ilə yaxın idi ki, kəndin adı qapısının üzərinə yazılmamışdı.

Ağsu Bico kəndi
Ağsu Bico kəndi