Nömrə nişanı yerinə “Qatil 78 leş” yazan sürücü SAXLANILDI – AÇIQLAMAbackend

Nömrə nişanı yerinə “Qatil 78 leş” yazan sürücü SAXLANILDI – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Koroğlu metrostansiyasından üzü Heydər Əliyev prospekti istiqamətində hərəkət edən “Prius” markalı avtomobil diqqəti özünə çəkib.

Belə ki, avtomobilin dövlət qeydiyyat nişanının yeri dəyişdirilib, onun yerinə isə “Qatil 78 leş” sözləri yazılıb.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlayıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, sosial şəbəkə seqmentlərində və xəbər saytlarında yayımlanan görüntü ilə əlaqədar olaraq sözügüdən nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilir.