Nöqsan aşkarlanan xəstəxanaların adları məlum olub – SİYAHIbackend

Nöqsan aşkarlanan xəstəxanaların adları məlum olub – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində keçirdiyi yoxlamalar nəticəsində 8 xəstəxanada ciddi nöqsanlar aşkarlanıb.

NOCOMMENT xəbər verir ki, report həmin tibb müəssisələrinin siyahısını əldə edib.

Nöqsan aşkarlanan xəstəxanalar aşağıdakılardır:

– Xaçmaz Rayon Mərkəzi Xəstəxanası
– Siyəzən Müalicə Diaqnostika Mərkəzi
– Saatlı Rayon Mərkəzi Xəstəxanası
– Hacıqabul Rayon Mərkəzi Xəstəxanası
– Göygöl Rayon Mərkəzi Xəstəxanası
– Samux Rayon Mərkəzi Xəstəxanası
– Biləsuvar Rayon Mərkəzi Xəstəxanası
– Lənkəran Rayon Mərkəzi Xəstəxanası

Qeyd edək ki, TƏBİB tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılmışdı.

Nöqsan aşkarlanan xəstəxanalarla bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib.