Norveç 2025-ci ildə Ukraynaya yardım üçün 3,5 milyard avro ayırmaq niyyətindədir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Störe Kiyevdə bildirib.
Baş nazir əlavə edib ki, ölkəsi bütün mümkün vəsaitləri ayırmağa davam edəcək.
Störe qeyd edib ki, göstərilən məbləğdən 1 milyard avro humanitar yardıma, 300 milyon avro enerji sahəsinə, 300 milyon avro isə sənayenin inkişafına yönəldiləcək. O, qalan vəsaitin hansı ehtiyaclar üçün nəzərdə tutulduğunu dəqiqləşdirməyib.