Norveç ABŞ-la 362,9 milyon dollar dəyərində orta mənzilli AIM-120C-8 AMRAAM raketlərinin alınmasına dair saziş imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram danışıb. Onun sözlərini Norveç Müdafiə Materialları Agentliyi (NDMA) yayıb.
“Daha çox yeni raketlərlə Norveç Silahlı Qüvvələri ölkəni hava hücumlarından daha yaxşı müdafiə edə biləcək”, – deyə o vurğulayıb.
Müdafiə nazirinin müraciətində həmçinin qeyd olunur ki, raketlər hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulub, lakin F-35 qırıcıları tərəfindən də istifadə oluna bilər.