Norveç Fələstin dövlətini rəsmən tanıyıbbackend

Norveç Fələstin dövlətini rəsmən tanıyıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç Fələstin Dövlətinin müstəqilliyini tanıdı, qərar mayın 28-də rəsmi olaraq qüvvəyə minəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir.

“Norveç hökuməti Norveçin Fələstini dövlət kimi tanıması barədə qərar qəbul edib”, – sənəddə deyilir.

Açıqlamada həmçinin qeyd olunub ki, bir sıra digər Avropa ölkələri də Fələstini mayın 22-də rəsmən tanıyacaq.

Norveç hesab edir ki, Fələstinin dövlət kimi tanınması Yaxın Şərqdə, bu ölkə ilə İsrail arasında münaqişənin həllinə kömək edəcək.

Mayın əvvəlində Avropa diplomatiyasının rəhbəri Cozep Borrell təsdiqlədi ki, İspaniya, İrlandiya və bir sıra digər Aİ ölkələri mayın 21-də Fələstini tanımaq niyyətindədirlər.