“Norveç niyə indi qəfil “erməni eşqi” düşdü?” – ŞOK SƏBƏBbackend

“Norveç niyə indi qəfil “erməni eşqi” düşdü?” – ŞOK SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan vətəndaşlarına qarşı misilsiz vəhşiliklər, terror aktları və vandalizm törədiləndə Norveç nə üçün bu əməlləri gerçəkləşdirən Ermənistanla bağlı bəyanat vermədi?”

NOCOMMENT.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Norveç xarici işlər nazirinin Ermənistanda səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Norveçin xarici işlər naziri Anniken Hyutfelt İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, rəsmi Oslo Ermənistanın suverenliyi və ərazi bütövlüyünün təminatında töhfə verməyə hazırdır.

Oslodan İrəvanadək olan məsafə məlumdur, xanım Annikenin “voyaj”ının, xüsusən də marazmatik bəyanatının da səbəbi var. O deyib ki, sən demə, “dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərindən biri olduğundan Norveç üçün çox önəmlidir”.

Yaxşı, hesab edək ki, belədir. Bəs Azərbaycan ərazilərinin 20 faizi erməni işğalında olduğu 30 il ərzində niyə rəsmi Oslo kar, kor və lal olaraq ölkəmizi bir dəfə olsun belə dəstəkləmədi, BMT qətnamələrinin və beynəlxalq hüququnun tələblərini yerinə yetirməyi İrəvandan tələb etmədi?

Azərbaycan vətəndaşlarına qarşı misilsiz vəhşiliklər, terror aktları və vandalizm törədiləndə Norveç nə üçün bu əməlləri gerçəkləşdirən Ermənistanla bağlı bəyanat vermədi?

Oslonun indi qəfil “erməni eşqi”nə düşməsinin çox sadə səbəbi var. Norveçin “Equinor ASA” (sabiq “StatOil”) neft-qaz korporasiyası Azərbaycandakı enerji layihələrinin, xüsusilə də ölkəmizin xam neftinin və təbii qazının Avropa bazarlarına çıxarılmasının baş operatoru olmaq istəyirdi. Ola bilmədi, operator Britaniyanın “British Petroleum” (BP) korporasiyası oldu.

Norveç indi Ermənistanı istədiyi formada, istədiyi pozada, istədiyi vəziyyətdə dəstəkləyə bilər. Amma bu proses nə Norveçə, nə də Ermənistana yaxşı nəsə vəd edir. Oslo bunu nə qədər tez dərk edərsə, o qədər yaxşıdır.

Bizə yox, Oslonun qeyri-təbii sevgisi eynimizdə də deyil, Norveçin özü üçün”.