Norveç Ukrayna üçün silah istehsalına on milyonlarla pul xərcləyəcəkbackend

Norveç Ukrayna üçün silah istehsalına on milyonlarla pul xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç hökuməti Ukrayna üçün silah istehsalını genişləndirmək üçün 967 milyon kron (90 milyon dollar) ayıracaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

“Təhlükəsizlik vəziyyəti Ukraynanın müdafiəsini təmin etmək üçün maddi-texniki vasitələrə təcili ehtiyac yaradıb”, – deyə Norveçin müdafiə naziri Byorn Arild Qram qeyd edib.

O, aydınlaşdırıb ki, təqdim olunan yol xəritəsi məhz Norveç müdafiə sənayesinin potensialının artırılmasına kömək edəcək plandır. Plan Nammo raket mühərrikləri üçün yeni istehsal xətti yaratmaq və eyni zamanda Norveçin partlayıcı maddələr yaratmaq üçün xammal olan heksamin istehsalını artırmaqdır.