Bir çox ölkələr Rusiya neftini almağa maraq göstərir. Onların arasında Afrika, Asiya-Sakit okean regionu və Latın Amerikası ölkələri var.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
Novak ölkələrin siyahısını dəqiqləşdirməyib.
“Əgər qlobal miqyasda əsas tərəfdaşlar haqqında danışsaq, o zaman bunlar yeni logistik marşrutlar, çatdırılmalar, yeni nəqliyyat marşrutları, o cümlədən Şimal dəniz marşrutundan istifadədir”, – deyə baş nazirin müavini qeyd edib.
Şimal Dəniz Marşrutu boyunca tədarüklər bu il 1,5 milyon tona yüksəlib. Bu həcm ilk dəfədir ki, marşrut üzrə gedir və onun daha da artması gözlənilir. Novak aydınlaşdırıb ki, Şimal dəniz marşrutu Aralıq dənizindən keçən ənənəvi marşrutun yarısı qədərdir.