Novak İranın neft naziri ilə görüşübbackend

Novak İranın neft naziri ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya baş nazirinin müavini Aleksandr Novak İranın neft naziri Möhsün Paknejad ilə görüşüb və tərəflər qaz dəhlizi layihələri üzərində işi davam etdirməyə hazır olduqlarını bildiriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.

“Aleksandr Novak qeyd edib ki, Rusiya Avrasiya İqtisadi İttifaqı (Aİİ) və İran arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə kömək etməyə hazırdır. Tərəflər həmçinin Rusiyadan İrana yeni quru qaz dəhlizlərinin yaradılması üzrə birgə layihələr üzərində işləməyə hazır olduqlarını bildiriblər”, – məlumatda deyilir.

Bundan əlavə, nümayəndə heyətləri OPEC+ çərçivəsində əməkdaşlıq, ticarətin genişləndirilməsi və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələləri müzakirə ediblər.