Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi Cenevrədə keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
“Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı növbəti danışıqlar raundu da 17-18 fevral tarixlərində Cenevrədə üçtərəfli Rusiya-Amerika-Ukrayna formatında keçiriləcək”, – Kremlin sözçüsü bildirib. /Unikal/













