Dünyada iqlim dəyişmələri ilə bağlı istixana qazları, ekologiya mövzusu və digər bu kimi məsələlər çox böyük diqqət mərkəzindədir.
Bu sözləri NOCOMMENT.az-a müsahibəsində politoloq Mübariz Göyüşlü deyib.
“Ekologiyaya ziyan vuran, təbiətdə ciddi şəkildə problemlər yaradan məsələlər, artıq, dünya gündəmində müzakirə olunur. Aparıcı təşkilatlar və dövlətlər bu istiqamətdə tədbirlərin görülməsi üçün cəhdlər göstərirlər.
COP29 və ondan əvvəl olan COP28-in bu istiqamətdə əhəmiyyətli fəaliyyətləri olub.
İqlim dəyişmələri ilə bağlı, təbiətə ziyan vuran halların aradan qaldırılması ilə bağlı, yaşıl enerji və digər bu kimi məsələlərlə bağlı Azərbaycan fond yaradılması təşəbbüsünü irəli sürüb”.
Politoloq qeyd edir ki, COP29-da xüsusən inkişaf etməkdə olan ölkələrə, ada ölkələrinə yardım istiqamətində, dünyada da iqlim dəyişmələri bağlı məsələlərdə aktiv fəaliyyət göstərmək mövzuları gündəmdə olacaq və bu məsələrlə bağlı müzakirələr aparılacaq, bəyanatlar veriləcək.
“Azərbaycan hər zaman beynəlxalq təşkilatlara rəhbərlik etmək, beynəlxalq konfranslar keçirilməsi istiqamətlərində aktiv fəaliyyət göstərib. Bu həm Azərbaycanın dünyadakı sülhsevər imicinin formalaşması baxımından çox önəmli və təsiredici rola malikdir, həm də dünyadakı qlobal problemlərə Azərbaycanın töhfə verməsi baxımından da önəmlidir.
Növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi etməklə Azərbaycan bir daha dünyadakı öz nüfuzunu, çəkisini, bacarığını və sanbalını və bu işlərdə peşəkar yanaşmalarını göstərə biləcəkdir”.
Aişə Əbdülova