Növbəti həyasızlıq: Qarabağ da erməni sözü imiş…backend

Növbəti həyasızlıq: Qarabağ da erməni sözü imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin “yerli ideoloqları” bütün dünyanın türk əsilli “Qarabağ” toponimindən istifadə etdiyini görüb tam “erməniləşmək” üçün psevdo (ingilislər daha yaxşı deyir: puppit – kukla, oyuncaq) dövlətlərini “artsax” adlandırdılar. Sonra anladılar ki, türk sak tayfalarının adı ilə bağlı olan “artsax” “Qarabağ”dan heç də az türkcə deyil. Həm də onu erməni toponimi kimi vecinə alan yoxdur. Hamı Qarabağ deyir. Odur ki, indi valı dəyişirlər.

NOCOMMENT kult.az-a istinadən xəbər verir ki, bu sözləri sabiq səfir, professor Vilayət Quliyev qeyd edib.

Onun sözlərinə görə, oyuncaq qurumun qapıçısından “birinci diplomatına” qədər bütün işçiləri yalnız özündən ibarət olan “xarici işlər naziri” açıqlama yayıb ki, bəs, “Qarabağ” qədim erməni sözüdür:

“Guya “qara” qədim ermənicə “böyük” deməkdir, “bağ” isə iranlı qardaşlara bağlanır və “boq” sözünün təhrifə uğramış şəklidir. Deməli, Qarabağ da Böyük Allahın ermənilərə əta etdiyi torpaqdır, yaxud Böyük Allah yurdudur. Fikrini əsaslandırmaq üçün də ermənilər arasında yayğın olan Qarabed adını nümunə gətirir. Yəqin ki, erməni-fars qardaşlığı zəmininində Qarabedi də “böyük fəlakət, böyük pislik” və s. kimi şərh etmək olar.

Belə getsə, bu acgöz məxluqlar tezliklə Qara dənizə, Qarayazıya, Qaradabaniyə, Qaratəkləyə, Qaradonluya, Qaramana, Qaraxanilər dövlətinə, Qaraqoyunlulara, hətta qaramala talib olacaqlar (Bu sıradan Qaraxaçı, Qarakilsəni artıq özününküləşdiriblər)”.