Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca və Təzəbinə kəndlərinə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bununla da Təzəbinə kəninə köçürülən ailələrin sayı 56-ya (251 nəfər), Ballıcaya köçürülən ailələrin sayı isə 215-ə (965 nəfər) çatacaq.