Növbəti Olimpiya Oyunları Yaxın Şərqdə olacaq – Tarixdə İLKbackend

Növbəti Olimpiya Oyunları Yaxın Şərqdə olacaq – Tarixdə İLK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2036-cı il Yay Olimpiya Oyunları Qətərin paytaxtı Dohada keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, xarici mətbuatda yayılan xəbərlərə görə, Qətər tərəfi Beynəlxalq Olimpiya Komitəsi ilə danışıqları yekunlaşdırır. Bütün detallar yaxın vaxtlarda həll olunacaq.

Ancaq rəsmi açıqlama 2026-cı ildə verilməlidir. Bu oyunlara digər iddiaçılar arasında Səudiyyə Ərəbistanı, İspaniya, İndoneziya, Çili, Hindistan və Almaniya da var idi.

Qeyd edək ki, Qətər 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edib. Olimpiada ilk dəfə Yaxın Şərqdə keçiriləcək. Bu il Yay Oyunlarına Fransa, 2028-ci ildə ABŞ, 2032-ci ildə isə Avstraliya ev sahibliyi edəcək.