Növbəti peykimizi orbitə Maskın şirkəti buraxa bilərbackend

Növbəti peykimizi orbitə Maskın şirkəti buraxa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz növbəti peykin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün dünyada bu sahədə ən aşağı qiyməti təklif edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”.

NOCOMMENT xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

O vurğulayıb ki, Azərbaycanın 4-cü peykinin 3 ildən sonra – 2025-ci ildə orbitə buraxılması planlaşdırılır: “Əminəm ki, “Space X” yaxşı qiymət verəcək, çünki bütün dünyada, bazarda ən ucuz qiyməti məhz bu şirkət təklif edir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur. Çünki bizim peyk proqramları hələ iki il sonra olacaq. Növbəti peykimiz yerüstü müşahidə peyki olacaq və “Azersky-2” adlanacaq. Təxminən 2025-ci ilə bu peykin orbitə buraxılması nəzərdə tutulur”.