Donetsk Xalq Respublikasında (DXR) yerləşən Novoxatskoye kəndinin ələ keçirilməsi Rusiya hərbçilərinə Dnepropetrovsk vilayəti ilə sərhədin daha bir hissəsinə çıxış imkanı yaradıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, Novoxatskoye üzərində nəzarəti “Vostok” qoşun qruplaşmasına daxil olan 36-cı qvardiya motoatıcı briqadasının hərbçiləri təmin edib. Onlar yaşayış məntəqəsindəki binaları və obyektləri düşməndən təmizləyib, Rusiya bayraqlarını quraşdırıblar. Mühəndis qruplar isə ərazinin və yaxınlığındakı sahələrin minalardan təmizlənməsinə başlayıblar.
Rusiya Müdafiə Nazirliyi Novoxatskoye kəndinin ələ keçirildiyini 16 iyulda açıqlayıb.