Novruz bayramında sərt karantinlə bağlı VACİB AÇIQLAMAbackend

Novruz bayramında sərt karantinlə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər yoluxma sayında olan artım səviyyəsi cəmiyyətdə Novruz bayramı ərəfəsində yenidən sərt karantin rejiminin tətbiq olunacağı xofunu yaradıb.

NOCOMMENT metbuat.az-a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən millət vəkili Azər Badamov bildirib ki, Operativ Qərargahın qəbul edəcəyi qərarlar bizim özümüzü necə aparmağımızdan asıllıdır.

”Qlobal pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunmuş karantin tədbirlərin bir ili tamam olur. Təəssüf ki, bu müddət ərzində koronavirus infeksiyası ilə cəmiyyət vidalaşa bilmədi.

Bütün dünya, o cümlədən biz də bu bəlaya qarşı vuruşmağımızı davam etdiririk. Operativ Qərargah tətbiq olunmuş karantin rejimində sərtləşdirmələr və yumşaldılmalar aparmaqla ölkədəki ümumi yoluxma dinamikasına görə qərarlar qəbul etdi.

Təbii ki, qəbul olunmuş qərarların nəticələri müsbət olmuşdur.

Qəbul olunan hər bir qərararın məqsədi insanların sağlamlıqlarını qorumaq, koronavirus infeksiyasının yoluxma riskini azaltmağımna müvvəfəq olmaq olmuşdur.

Hazırkı yoluxma dinamikasına nəzər yetirsək görərik gündəlik orta hesabla 300 nəfərin ətrafındadır. Bu göstərici çox kritik hesab etməsəm də yüksək olduğunu düşünürəm”.

Cədvəldə 6,8,9 mart tarixlərində koronavirusa yoluxma göstəriciləri əks olunub.

Millət vəkili deyib ki, yoluxma sayında olan artımın yenidən belə yüksəkləməsinin səbabkarları da özümüzük. Çünki son vaxtlar insanlar arasında tibbi maskadan istifadədə ciddiliyin azaldığını müşahidə edirik: “Tibbi maskadan məsuliyyətlə istifadə olunanda hardasa bir ay bundan əvvəlki göstəricilərdə olduğu kimi yoluxmalarda sürətlə azalma olmuşdur. Qabaqdan bayram günləri gəlir. Tətbiq olunmuş karantin rejiminin yenidən sərtləşdirilməsi heç kimin ürəyincə deyil. Biz istəyirik ki, karantin rejimində daha çox yumşalmalar olsun, toylara, idman arenalarının fəaliyyətinə icazələr verilsin.

Təbii ki, biz özümüzü nə qədər məsuliyyətli aparıb tətbiq olunmuş qaydalara ciddi riayyət etsək Operativ Qərargah daha çox yumşalmalara gedəcək və yenidən qapanmaların gündəmə gətirilməsinə ehtiyac qalmayacaqdır”.

Azər Badamov vətəndaşları vaksinasiyada aktiv olmağa çağırıb. O qeyd edib ki, qaydalara riayyət olunmasına nəzarəti ciddiləşdirməklə yenidən qapanmalara yox, əksinə yumşalmalara getməyini daha doğru hesab edir.