Novruz çərşənbələrinin tarixi bəlli oldubackend

Novruz çərşənbələrinin tarixi bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu il Novruz çərşənbələri fevral ayından başlayacaq.

NOCOMMENT.az Publika.az-a istinadən xəbər verir ki,Novruz bayramının ilk çərşənbəsi olan – Su çərşənbəsi fevralın 27-si tarixinə təsadüf edəcək:

Od çərşənbəsi isə martın 5-i qeyd ediləcək. Martın 12-də Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 19-na təsadüf edəcək. Novruz bayramı axşamı martın 20-si qeyd ediləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2024-cü ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edib. Təqvimə əsasən, bu il Yaz fəsli Azərbaycana 20 mart saat 07:06-da daxil olacaq. Bu andan etibarən Şimal yarımkürəsində Yaz fəsli, Cənub yarımkürəsində isə Payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.